Həbsdə olanlara kredit kompensasiyası necə verilir? - Rəsmi

Aprelin 22-dən banklar tərəfindən vətəndaşlara kompensasiyalarının ödənilməsinə başlanılıb. Adı kompensasiya siyahısına düşən vətəndaşlar arasında müxtəlif cinayətlər törədərək həbsə düşənlər də var.
Həmin şəxslər kompensasiyanı necə ala bilərlər?
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi şəxslər etibarnamə ilə ona düşəcək kompensasiyanı digər vətəndaşın almasına icazə verə bilər. Yalnız belə halda həbsdə olan şəxslərə düşən kompensasiyanı almaq mümkündür.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident: “Gələn ilin sonuna qədər artıq 30 xalça fabriki işə düşəcək”
Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR düşdü
Azərbaycanın ötənilki dövlət büdcəsində 2 milyard manata yaxın kəsir olub
Soğan idxalı rüsumdan azad ediləcək
ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Azərbaycan nefti bahalaşıb
Sabunçuda yolların yenidən qurulmasına 7,4 milyon manat ayrılıb