Həbsdə olan ilahiyyatçının vəziyyəti ağırlaşıb: ölüm ayağındadır
Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəlində saxlanan məhbus, ilahiyyatçı Fərhad Mirzənin (Muradov) vəziyyəti ağırlaşıb.
Bu barədə mətbuata məhbusun yaxınları məlumat verib. Ailəsinin verdiyi xəbərə görə, Hepatit C-dən əziyyət çəkən Fərhad Muradovun dalağından tutan şiddətli ağrı huşunu itirməsinə səbəb olub.
Kamera yoldaşları nəzarətçilərə dəfələrlə müraciət etsələr də, onlar məhbus üçün vaxtında həkim çağırmayıblar.
Fərhad Muradovun xanımı Vüsalə Muradova hazırda cəzaçəkmə müəssisəsinin qarşısındadır. Ona nə telefonla əlaqə saxlamağa, nə də görüşə icazə verilmir.
V.Muradovaya Fərhad Mirzənin vəziyyətinin yaxşı olduğunu deyiblər.
İlahiyyatçı Fərhad Mirzənin həyat yoldaşı 15 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb. O, bildirib ki, böyrəyindən ağrı tutub: “Qısa görüşdük. Otura bilmirdi. Həbsxana rəhbərliyi həkim çağırıb, böyrəyini USM ediblər. Daş olduğu aşkarlanıb. Hazırda müalicə üçün müəssisə daxilində tibb məntəqəsindədir. Müalicə olunur”.
Qeyd edək ki, Fərhad Mirzə ağır Hepatit xəstəsidir. Qaraciyərində ciddi problem var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?