Həbsdən çıxan müğənnimiz BOŞANDI: “Xanımım övladımı mənə göstərmir” - VİDEO
Yenicə azadlığa çıxan müğənni Emil Rəhmanov 2 yaşlı oğlu Əli Rəhmanovu hələ ki görə bilməyib.
Minval.İnfo-nn məlumatına görə, əməkdar artist Rəhman Rəhmanovun oğlu bu barədə ilk dəfə olaraq “APA TV”-nin “Show time” verilişində etiraf edib. E.Rəhmanov bildirib ki, keçmiş həyat yoldaşı ona övladını göstərmir:
“Azadlığa çıxandan sonra övladımı görməmişəm. Çünki buna hələ hazır deyiləm. Mən bir az açıq danışan insanam. Mən boşanmışam. Burada nüanslar var, ona görə də övladımı görə bilmirəm. Allahın köməyi ilə bu yaxınlarda görüşərik. Hər gün hara gedirəmsə, balaca uşaq görürəmsə, öz uşağım yadıma düşür, onu fikirləşirəm, pis oluram. Özüm övladımı görmək istəyirəm, buna can atıram, amma görə bilmirəm.
E.Rəhmanov bildirib ki, 2 ildir ki, rəsmən boşanıb: “Həbsə düşəndən sonra ailəm dağıldı. Yenidən barışmağımız, bir araya gəlməyimiz də mümkün deyil. Övladın günahı yoxdu axı. Qarşı tərəf istəmir ki, uşağımla görüşüm. Amma görüşəcəm”.
Qeyd edək ki, E.Rəhmanov ilk dəfə əvvəl 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra azadlığa çıxan Emil 2016-cı ildə həbs olunub və ötən ayda da azadlığa çıxıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı
Bakıda ictimai nəqliyyatda 90 dəqiqə pulsuz keçid!
Aygün və Namiqdən illər sonra möhtəşəm duet!
Bakının əsas yollarında sıxlıq: Harada tıxac var?
Toydan qayıdan sürücü qəzaya düşdü
Müdafiə Nazirliyində milyonluq yeyinti qalmaqalı
Keçmiş nazirin mühafizəçisi ilə qalmaqallı əlaqəsi ortaya çıxdı