Həbsdəki sabiq başçı YAP-dan qovuldu
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
“Minval.info” musavat.com-a istinadən xəbər verir ki, o, YAP-ın Şəmkir rayon təşkilatının idarə heyəti və şuranın üzvlüyündən kənarlaşdırılıb.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılıb. Barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!