Güzəştli mənzillərin rəqəmsal satışı uğurla tamamlandı
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin həyata keçirdiyi layihələr çərçivəsində Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində yerləşən 535 mənzil “Güzəştli mənzil” sistemi vasitəsilə uğurla satılıb. Satış prosesinin tam təhlükəsiz və fasiləsiz şəkildə həyata keçirilməsi dövlət qurumlarının sıx əməkdaşlığı nəticəsində mümkün olub.
Minval.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mütəxəssisləri bu prosesdə birgə fəaliyyət göstəriblər. Bu əməkdaşlıq nəticəsində satışın bərabər şəraitdə və təhlükəsiz şəkildə həyata keçirilməsi təmin edilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan elektron məkanda vətəndaşlara yönəlmiş keyfiyyətli və etibarlı xidmətlərin təqdim olunması sahəsində qabaqcıl ölkələrdən biridir. Mənzil İnşaatı Dövlət Agentliyi gələcəkdə də satış prosesinin təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində yeniliklər tətbiq etməyi planlaşdırır. Ölkəmizdə rəqəmsal xidmətlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?