Güzəştli şərtlərlə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində, Zığ şossesi – Hava Limanı avtomobil yolunun 12-ci km-liyində yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin, ümumilikdə 503 mənzilin satışını 21 aprel saat 11:00-dan 30 aprel saat 11:00-a qədər davam etdirəcək.
“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzil seçimi 26 aprel saat 11:00-da başlayacaq və 30 aprel saat 11:00-a qədər davam edəcək.
Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzil seçimində bərabər hüquqa malikdir. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır