Gürcüstanın turizm gəlirləri artıb
Gürcüstan 2019-cu ilin yanvar-may ayları ərzində beynəlxalq turizmdən 1,1 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Agentliyindən məlumat verilib. Bildirilib ki, cari ilin ilk beş ayı ərzində əldə edilən gəlirlər ötən ilin hesabat dövrü ilə müqayisədə 101 mln. dollar və ya 9,8% çoxdur. Qeyd olunub ki, təkcə may ayı ərzində Gürcüstan beynəlxalq turizmdən 281 mln. dollar gəlir əldə edib. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 35 mln. dollar və ya 14,2% çoxdur.
Agentliyin məlumatına görə, cari ilin ilk beş ayında Avropa və Yaxın şərq ölkələrindən gələn bahalı seqment turistlərin sayında da artım qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi