Gürcüstanın baş naziri: "Xəzər dənizinin sərvətlərindən kifayət qədər istifadə etmədiyimizi düşünürəm"
“Azərbaycan Gürcüstanın əsas tərəfdaşıdır. Biz birlikdə daha çox layihələrə imza atmalıyıq”.
“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualını cavablandırarkən bildirib.
“Biz tarix boyu xeyli sayda böyük layihələrə imza atmışıq. Bu gün də çox mühüm layihələr, habelə infrastruktur sahəsində birgə layihələr həyata keçiririk. Bakı-Tbilisi-Ceyhan neft kəmərini həyata keçirmişik. Hazırda da Cənub Qaz Dəhlizi kimi mühüm regional enerji layihəsi uğurla icra olunur. Lakin Xəzər dənizinin sərvətlərindən kifayət qədər istifadə etmədiyimizi düşünürəm. Biz Avropanın enerjiyə olan tələbatını təmin etmək üçün daha yaxından əməkdaşlıq etməliyik. Hər iki ölkənin birgə daha böyük layihələrə imza atmağımızı istərdik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi