04.10.2021 - 13:46
İqtisadiyyat
18 baxış
Gürcüstandan gətirilən siqaretlər ölkəyə buraxılmadı

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Minval.info-ya verilən xəbərə görə, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “DAF” markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.
Gömrük baxışı zamanı avtomobilin dartıcısı ilə qoşqusu arasında olan su qabının və hava filtirinin içərisində gömrük nəzarətindən gizlədilən 10 400 ədəd müxtəlif markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
19.09.2026 - 13:40
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
19.09.2026 - 11:27
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
19.09.2026 - 09:28
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
18.09.2026 - 23:05
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
18.09.2026 - 18:46
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
18.09.2026 - 15:16
Neft bazarında qiymətlər enişdə davam edir
18.09.2026 - 11:25
Yelo Bank-ın müşahidə şurasına yeni üzv seçildi
17.09.2026 - 22:07