Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 120% artıb

2018-ci ildə Azərbaycan Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardan biri olub.
Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
İllik müqayisədə ötən il Gürcüstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixrac həcmində 120% artım qeydə alınıb.
2018-ci ildə qonşu ölkədə aqrar məhsulların ixracı baxımından yeni rekord qeydə alınıb. Hesabat dövründə Gürcüstan 959,2 mln. dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu göstərici illik müqayisədə 23,2% çoxdur.
Ötən il Gürcüstandan ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarının ilk beşliyinə şərab, qoyun və keçi əti, alkoqolsuz qazlaşdırılmış içkilər, mineral və içməli sular və spirtli içkilər daxil olub. (“Report”)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!