Gürcüstanda elektrik kəsintiləri ilə bağlı araşdırmanın nəticələri açıqlandı
Gürcüstanda baş verən elektrik kəsintiləri ilə bağlı araşdırma nəticələri diqqət çəkir.
Minval.info xəbər verir ki, Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) yaradılan işçi qrupu iyulun 24-də ölkədə yaşanan genişmiqyaslı elektrik kəsintisinin ilkin səbəblərini açıqlayıb.
İyulun 24-də Gürcüstanın enerji sistemi Azərbaycanın enerji sistemindən ayrılaraq təcrid olunmuş rejimdə fəaliyyətə başlayıb. Bu proses nəticəsində sistemdə tezlik və gərginlik azalıb, kritik həddə çatdıqdan sonra isə elektrik stansiyaları və istehlakçılar arasında zəncirvari enerji kəsintiləri baş verib.
İşçi qrupunun nümayəndəsi Tornike Apriaşvili hadisənin ilkin səbəblərindən birinin “Energo-Pro Georgia” şirkətinə məxsus “Kutaisi 220” yarımstansiyasından çıxan 110 kV-luq “Gequti” elektrik ötürücü xətti olduğunu bildirib.
Araşdırmada vurğulanır ki, Gürcüstan Dövlət Elektrik Sistemi (GSE) Azərbaycanla avtomatik ayrılma riskini minimuma endirmək və enerji sisteminin etibarlılığını təmin etmək məqsədilə mövcud rele mühafizəsi və avtomatlaşdırma sistemlərini yenidən hesablamalı idi. İşçi qrupunun fikrincə, GSE elektrik ötürücü xətlərində tam sürətli mühafizə sistemlərinin quraşdırılmasını gözləmədən qabaqlayıcı tədbirlər görməli idi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"