Gürcüstanda azərbaycanlılara məxsus qədim yaşayış məskəninə mədəni irs abidəsi statusu verilib

Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində yerləşən “Dəmirqaya” adlandırılan yaşayış yerinə mədəni irs abidəsi statusu verilib.
Bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.
Yaşayış məskəni eramızdan əvvəl V-IV minilliyə, Eneolit dövrünə aiddir. Dağ yamacında yerləşən mağaranın sahəsi 5,5 metr X 7,3 metr, daxili məkanın sahəsi isə 3,6 metr X 5,5 metr təşkil edir.
Mağaranın daxilində mərkəzi və şərqi hissəsində aydın seçilən qırmızı rəngdə olan rəsmlərə rast gəlinir. Onların arasında maral və digər heyvanların rəsmləri var.
Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi qədim yaşayış məskəninin insanların təsirinə məruz qalmaması məqsədilə onu hasarlayacaq və yaxınlığında mağaranın mədəni irs abidəsi olmasını özündə əks etdirən məlumat lövhəsi quraşdıracaq.
“Dəmirqaya” yaşayış yeri Gürcüstanda qədim qayaüstü rəsmlərin olduğu yeganə məkandır. (“Report”)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi