Gürcüstan və Azərbaycanın XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları – Ceyhun Bayramov və Ararat Mirzoyanla görüş keçirib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Məlumata əsasən, görüşlər “Şərq tərəfdaşlığı” ölkələrinin XİN başçılarının Brüssel toplantısı çərçivəsində baş tutub.
Müzakirələr zamanı bölgədəki vəziyyət nəzərdən keçirilib.
D.Zalkaliani regionda sabitlik və sülhün gücləndirilməsinin və iki ölkə arasında gərginliyin deeskalasiyasının əhəmiyyətini vurğulayıb.
XİN başçısı bildirib ki, Gürcüstan regionda dayanıqlı sülh və sabitliyin möhkəmləndirilməsi prosesinə töhfə vermək üçün səylər göstərməyə hazırdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi