Gürcüstan sərhədində yük daşımaları: Problemlər gözləniləndən azdır
Gürcüstan sərhədində yük daşımaları ilə bağlı ciddi problemlərin olmadığı bildirilib. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) bu məsələ ilə əlaqədar açıqlama verib.
Minval.info xəbər verir ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, Azərbaycan daşıyıcılarının yükləri laboratoriya şəraitində yoxlanılır. Bu proses bəzi nəqliyyat vasitələrinin gecikməsinə səbəb olsa da, kütləvi problem müşahidə edilmir.
ABADA-nın məlumatına görə, son günlər Azərbaycan və Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində bəzi çətinliklər barədə məlumatlar yayılıb. Lakin aparılan şifahi sorğular nəticəsində bu problemlərin geniş miqyasda olmadığı müəyyən edilib. Daşımalar normal şəkildə davam edir.
Həmçinin, aidiyyəti dövlət qurumlarının bu məsələyə diqqət yetirdiyi və zəruri tədbirlər gördüyü qeyd olunub. Əlavə məlumatların veriləcəyi bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib