Gürcüstan rəsmisi: “Azərbaycan ölkəmizdə turizmin inkişafına töhfə verib”

“Koronavirus (COVID-19) pandemiyası səbəbindən iki qonşu ölkəmiz – Rusiya və Azərbaycanın quru sərhədləri daxili tənzimləmələrə görə hələ də bağlıdır. Uzun illər ərzində bu iki ölkə Gürcüstanın turizm sektorunun inkişafına böyük töhfə verib”.
“MİNVAL.İNFO”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Mariam Kvrivişvili turizm və mülki aviasiya sektorunun nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, Gürcüstan bu ilin ilk səkkiz ayında milyon nəfərdən çox beynəlxalq ziyarətçi qəbul edib: “Turizmin inkişafı ilə bağlı yaxşı dinamika var. Yanvar-avqustda turizmdən əldə olunan gəlirin həcmi 505 milyon laridən çox olub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 18% çoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!