Gürcüstan-Özbəkistan yük daşımalarında rəqəmsal inqilab
Gürcüstan və Özbəkistan arasında beynəlxalq avtomobil yük daşımaları üçün rəqəmsal icazə sənədlərinin verilməsi və mübadiləsi sistemi istifadəyə verilib. Bu yeni mexanizm Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Quru Nəqliyyatı Agentliyi tərəfindən tətbiq olunub və daşıyıcılara icazə sənədlərindən tam elektron formatda istifadə etməyə imkan yaradır.
Minval.info xəbər verir ki, Agentliyin direktoru Bakur Mikadze rəqəmsal icazə sisteminin Özbəkistanla tətbiqinə başlanılmasını beynəlxalq avtomobil yükdaşımalarının idarə olunmasında müasir standartların formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Qazaxıstanla analoji sistemlərin uğurla tətbiqindən sonra Özbəkistanın da rəqəmsal formata keçməsi bu prosesin məntiqi davamıdır.
B. Mikadze bildirib ki, yeni mexanizm Orta Dəhlizin artan rolu fonunda xüsusi əhəmiyyət daşıyır. Sürətli, təhlükəsiz və rəqəmsal icazə prosedurları dəhlizin rəqabət qabiliyyətinin artırılmasına, yüklərin maneəsiz hərəkətinə və Gürcüstanın Avropa ilə Asiyanı birləşdirən tranzit və logistika əlaqəsi kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.
Agentlik digər tərəfdaş ölkələrlə də mərhələli şəkildə rəqəmsal icazə sisteminə keçməyi planlaşdırır. Bu proses yol nəqliyyatı əlaqələrinin gücləndirilməsinə, ticarət və logistika prosedurlarının sadələşdirilməsinə və Gürcüstanın regional tranzit-logistika mərkəzi kimi rolunun daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib