15.03.2018 - 23:51
Ölkə 1 baxış

Gündə 3 dəfə bu qarışımdan yeyin - XƏRÇƏNGİN qarşısını alır

Məşhur rus biokimyaçı alimin hazırladığı bu qarışım son illərin ən yaxşı və güclü tərkibi kimi qiymətləndirilir. Minval.İnfo medicina.az-a istinadən bildirir ki, gündə 4 qaşıq qəbul etməklə damarlarınızı təmizləyəcək, immun sistemini gücləndirəcək, ürəyin işi yaxşılaşacaq, böyrək və qaraciyərlər yenilənəcək, beynin işi yaxşılaşacaq və bir sıra xərçəng növlərindən qoruyacaq.

Lazımdır:

Limon – 15 ədəd

Təmiz bal – 1 kq

Təzə sarımsaq – 12 diş

Buğda – 400 qr

Qoz – 400 qr

Buğdanı şüşə qabda üzərini örtənə kimi suda isladın. Səhər suyu süzüb, üzərinə təzə su alın, daha 24 saat saxlayıb, yenidən suyunu süzün. Sarımsaq, buğda, qozu blenderlə qarışdırın. 5 limonu doğrayıb bura qatın. Qalan 10 limonun isə suyunu sıxıb əlavə edirsiniz. Sonda bal qatıb, tam həll olana kimi qarışdırın. Şüşə bankada qaranlıq, sərin yerdə 3 gün saxlayın.

Gündə 3 dəfə, hər 2 saatdan bir 2 xörək qaşığı qəbul edin.

Xərçəng xəstəliyi ilə mübarizə aparanlar isə dozanı getdikcə artıra bilər. Bu məcun orqanların hüceyrələrinin regenerasiyasını təmin edir.

Minval.İnfo

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: