“Günəşli”də itkin düşən neftçilərin cəsədi belə tapılıb
“Günəşli”dəki qəzada itkin düşən iki neftçinin dünən tapılan cəsədləri Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdəki kəmərin alt hissəsində aşkarlanıb.
“SOCAR”dan “Qafqazinfo”ya daxil olan məlumata görə, tapılan cəsədlərin 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğluna və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğluna məxsus olduğu müəyyənləşdirilib.
“Cəsədlərin üstündə mərhumların şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri də onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, cəsədlər bir neçə gün ərzində olduğu kimi 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib. Hazırda ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün Günəşli faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik.
Şirkət ailələrə dəfn üçün maddi dəstək verir. Karantin şəraitinə görə, həmkarların dəfnində iştirakımız mümkün olmayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO