Gülgünün ölümünə səbəb olan biznesmen hakim qarşısında - FOTOLAR, VİDEO
Bakıda piyada xəttindən keçən gənc qızı maşınla vuran şəxsin məhkəməsi başlayıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Məmmədov Ramal Camal oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib.
“Volkswagen Passat CC” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobil piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub. G.Əmiraslanova hadisə yerində dünyasını dəyişib.
Qəzanı törədən sürücü Ramal Məmmədov saxlanılıb.
25 yaşlı qızın ölümünə səbəb olan “Roma” ləqəbli Ramal Məmmədovun FOTO və VİDEOLARI – ÖZƏL
Məlumata görə, Ramal Məmmədov banklardan birində çalışıb. Onun həm də atasına məxsus tikinti biznesinə nəzarət etdiyi də deyilir.
Mərhum Gülgün isə Bakı Hava Limanında “Asan Viza”da çalışıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"