Güclü külək əsəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, yanvarın 9-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 9-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin yanvarın 09-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!