18.11.2026 - 12:54
GTA 6 nə vaxt çıxacaq? Oyun dünyasında həyəcan artır
Texno 155 baxış

GTA 6 nə vaxt çıxacaq? Oyun dünyasında həyəcan artır

Gaming in Türkiye-nin məlumatına görə, Türkiyə oyun bazarı 2025-ci ildə 1,01 milyard dollara çatıb və aktiv oyunçu sayı 50 milyona yaxınlaşıb. Belə bir şəraitdə, GTA 6-nın çıxışı oyunsevərlər arasında böyük maraq doğurur.

Minval.info xəbər verir ki, PlayStation Store Türkiyə səhifəsində GTA 6-nın 19 noyabr gecə yarısı yerli saatla istifadəyə veriləcəyi bildirilir. Lakin Rockstar Games-in açıqladığı ilk 13 dil arasında türk dilinin olmaması bəzi oyunçuların narazılığına səbəb olub.

Cincinnati Universitetindən Prof. Evan Torner, oyunun 1 ilə 1,5 milyard dollarlıq təxmin edilən büdcəsi və səkkiz il davam edən inkişaf prosesi ilə nəhəng bir istehsal olduğunu qeyd edib. Torner, “Oyun, virtual dünyalarda rəqəmsal gerçəklik üçün yeni standartlar müəyyən edir,” deyə bildirib.

GTA seriyası, silahlı qarşıdurmalar və cinayət mövzuları səbəbindən ABŞ-da 17 yaş, Avropada isə 18 yaş məhdudiyyəti ilə təqdim edilir. Stetson Universitetindən klinik psixologiya professoru Christopher Ferguson, “Elmi araşdırmalar, zorakılıq tərkibli oyunlarla real dünyadakı cinayət və ya aqressivlik arasında güclü bir əlaqə qurmayıb,” deyə vurğulayıb.

GTA 6, Türkiyə saatı ilə 18 noyabr Çərşənbə gününü 19 noyabr Cümə axşamına bağlayan gecə 00:00-da istifadəyə veriləcək. Oyunun ilk mərhələdə yalnız PlayStation 5, PlayStation 5 Pro, Xbox Series X və Xbox Series S konsollarında oynanılması mümkün olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: