Göygöldə avtobus problemi: Sakinlər hər gün taksiyə pul xərcləmək məcburiyyətindədirlər
Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan sakinlər, ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı ciddi narahatlıq keçirirlər. Onlar, kəndə xidmət edən avtobus marşrutlarının axşam saat 18:00-da fəaliyyətini dayandırmasından şikayətçidirlər. Bu vəziyyət, işə və təhsil müəssisələrinə gedib-gələn sakinlər üçün böyük çətinliklər yaradır.
Minval.info xəbər verir ki, sakinlər yalnız marşrutların erkən dayanmasından deyil, həm də avtobusların köhnə və istismar müddətini başa vurmuş vəziyyətdə olmasından narazıdırlar. Onlar, 7 nömrəli marşrut xəttinin təxminən 2 kilometr uzadılaraq Yeni Qızılca kəndinədək fəaliyyət göstərməsini tələb edirlər.
Kənd sakinlərindən biri, mövcud vəziyyətin xüsusilə məktəblilər və tələbələr üçün əlavə çətinlik yaratdığını bildirir. “Gəncə şəhərinə məktəbə və universitetə gedən uşaqlarımız var. Axşam saat 19:00-da avtobusdan düşəndə onları qarşılamaq üçün mütləq dayanacağa getməli oluruq. Yaxşı olardı ki, marşrut kəndimizin içərisindəki dayanacağa qədər işləsin. İnsanlar taksidən istifadə etməyə məcbur qalırlar. Hamının gəliri elə deyil ki, hər gün taksiyə pul xərcləsin”, – deyə sakinlərdən biri qeyd edir.
Sakinlər, aidiyyəti qurumlardan marşrut xəttinin uzadılmasını və kəndə xidmət göstərən avtobusların yenilənməsini xahiş edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib