Göyçayda təhlükə saçan məktəb: Şagirdlər sinif otaqlarında necə sağ qalır?
Göyçay rayonunun Çərəkə kəndində yerləşən Siyavuş Mirzəyev adına 1 nömrəli tam orta məktəbin binası ciddi təhlükə altındadır. 1969-cu ildən fəaliyyət göstərən bu təhsil müəssisəsi uzun müddətdir əsaslı təmir edilmədiyi üçün sakinlərin narazılığına səbəb olub.
Minval.info xəbər verir ki, məktəbin şagirdləri və müəllimləri üçün təhlükəsizlik məsələləri ciddi narahatlıq doğurur. Sakinlərin sözlərinə görə, sinif otaqları bərbad vəziyyətdədir, pəncərələr sınıqdır və sanitar qovşaq mövcud deyil. Bu səbəbdən, şagirdlər gün ərzində təbii ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama verərək, məktəbin vəziyyətinin nəzarətdə saxlanıldığını bildirib. 2025-ci ildə məktəbin dam örtüyü və üç sinif otağının cari təmir edildiyi, lakin digər hissələrin təmirinin mərhələli şəkildə davam etdiriləcəyi vurğulanıb. Təhsil müəssisələrinin tikintisi və təmiri növbəlilik və prioritetlik prinsiplərinə əsaslanaraq həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı