Göyçayda şagirdi tərəfindən bıçaqlanan müəllimin - Fotoları
Göyçay rayonunda müəllimini bıçaqlayan şagirdlə bağlı bəzi məqamlar aydınlaşıb.
“Minval.info” Lent.az-a istinadən xəbər verir ki, Göyçay şəhər 7 saylı tam orta məktəbdə hərbi hazırlıq müəllimi Elşən Süleymanovu dərs vaxtı bıçaqlayan 9-cu sinif şagirdi N.B təhsil müəssisəsində çətin tərbiyə olunan şagird kimi tanınıb. Belə ki, atasız böyüyən 15 yaşlı oğlan anasının Türkiyəyə köçməsindən sonra nənəsinin himayəsində qalıb. Bu səbəbdən də yeniyetmə oğlanın davranışlarında müəyyən aqressivliklər müşahidə olunurmuş.
Bildirilir ki, dərs vaxtı hərbi hazırlıq müəllimi Elşən Süleymanov tərəfindən kobud davranışına görə danlanan və daha sonra qaçıb evdən bıçaq götürərək məktəbə qayıdan N.B həbs olunmayıb. Məktəb rəhbərliyinin müraciəti və yaşının azlığı səbəbindən onun barəsində başqa qətimkan tədbiri seçilib və profilaktik söhbətə cəlb edilib.
Göyçay rayon Polis Şöbəsindən bildirilib ki, məktəblərdə şagirdlərlə daim lazımi söhbətlər aparılır və bu söhbətlər bundan sonra da davam etdiriləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib

