“Google”un servisləri köhnə əməliyyat sistemli cihazlarda bağlanacaq

“Google” şirkəti sentyabrın 27-dən “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır.
“MİNVAL.İNFO” “The Sun”a istinadən xəbər verir ki, bununla da sözügedən cihazlarda “Google Play” və onun hədiyyə kartı, “YouTube”, “Google Drive”, “Gmail” kimi servislərin açdığı geniş imkanlardan yararlana bilməyəcək.
Şirkətdən bildiriblər ki, bu addım istifadəçiləri qorumaq məqsədilə atılıb. Belə ki, köhnə əməliyyat sistemilə çalışan cihazlarda hesaba icazə verilməsi ilə fərdi məlumatların oğurlanması təhlükəsinin yarandığı diqqətə çatdırılıb.
Qeyd edək ki, “Business of Apps” xidmətinə görə, bu ilin birinci rübündə dünyada “Android 2.3” əməliyyat sistemilə çalışan cihazların sayı 11,2 milyon olub ki, bu da bütövlükdə “Android” istifadəçilərinin ümumi sayının 0,4 faizi deməkdir. “Android 2.3.7” əməliyyat sistemi 2011-ci ildə tətbiq olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir