Gömrükdə milli valyuta ilə bəyan dövrü başladı
Ölkəyə gətirilən malların gömrük dəyəri artıq Azərbaycanın milli valyutası ilə bəyan ediləcək. Gömrük Məcəlləsinə edilən bu dəyişiklik sentyabrın 3-dən etibarən qüvvəyə minib. Bu yeniliyin əsas məqsədi, sərhəddən keçən malların milli valyuta ilə ifadə edilməsini təmin etməkdir.
Minval.info xəbər verir ki, iqtisadçı Xalid Kərimli bu dəyişikliyin idxalçılara əlavə gömrük rüsumu və ya xərc gətirmədiyini bildirib. O, qeyd edib ki, bu qərar sadəcə təqdimat, hesablama və statistikada rahatlıq yaradır və qarışıqlığın qarşısını alır. İdxal qiymətlərində heç bir dəyişiklik olmayacaq və gömrük yoxlamalarında çətinlik yaranmayacaq. Vətəndaşların narahatlığına heç bir əsas yoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?