Gömrükdə qanunsuz spirtli içkilər aşkarlandı

Avtomobildə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Minval.İnfo-ya verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edərkən Ağstafa rayonu ərazisində saxlanılıb və baxış keçirilməsi üçün “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.
Baxış zamanı avtomobilin yük yerindəki sellofan bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərində “Hennesy X.O.” yazısı olan 70 ədəd 0,7 litrlik, üzərində “Moet&Chandon” yazısı olan 60 ədəd 0,75 litrlik və üzərində “Godet Antarctica” yazısı olan 6 ədəd 0,5 litrlik spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!