Gömkrük Komitəsindən açıqlama: “G” hərfi “gömrük” mənasını vermir

“Dekabrın 5-də sosial şəbəkələr vasitəsilə yayılan videoda gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülüb”.
Minval.İnfo xəbər verir ki, bu barədə Dövlət Gömkrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, videonu lentə alan və yayımlayan şəxs siqaret qutusunun aksiz markasının “GU” hərflərindən ibarət seriyasındakı G hərfinin gömrük mənasını verdiyini iddia edir və müsadirə edilən siqaretin guya gömrük orqanları tərəfindən qeyri-qanuni yolla satışının təşkil olunduğuna eyham vurur.
“Videoda əks olunan siqaret qutusunun üzərindəki “G” hərfi “gömrük” mənasını vermir və aksiz markasının seriyasıdır. Üstəlik bu Azərbaycan əlifbasindakı hərflərdən hər hansı biri də ola bilər.
Onu da qeyd edək ki, gömrük orqanlarının müsadirə edilən siqaretlərin üzərinə aksiz markası vurmaq səlahiyyəti yoxdur və qanunvericiliyə görə gömrük orqanları müsadirə etdikləri tütün məmulatlarını yalnız məhv edir”, – deyə məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda piyadaya görə zəncirvari qəza baş verdi
Taksilərin fəaliyyətinə icazə veriləcəkmi? - RƏSMİ CAVAB
“Müsəlman ölkələrinin rəhbərləri, bunu heç vaxt unutmayın”
Bakıya gəlmək istəyən erməni qadın hava limanından deportasiya olundu
Milli Məclisin yeni şöbə müdiri "Porsche"sini 92 minə satdı - FOTOLAR
Sabah Bakının bu ünvanlarında su olmayacaq