General su çatışmazlığı məsələsinə aydınlıq gətirdi

“Mən dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğının uzun müddət davam etməsinin su çatışmazlığı ilə əlaqədar olduğunu dedikdə binadakı daxili su nasoslarının suyu yuxarı mərtəbələrə lazımi vurma gücünün olmamasını nəzərdə tutmuşam”.
Minval.info saytı xəbər verir ki, bunu bu gün APA-ya açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
E. Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.
Qeyd edək ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN- Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!
Sosial ödənişlər avqustun 25-də tamamlanır
Sabah bütün sosial ödənişlər tamamlanır!
Pensiya kapitalının vərəsəyə ötürülməsi müzakirə olunur
Sosial yardımların ödəniş tarixi açıqlandı!