General Habil Məmmədova yeni vəzifə verildi
Vergilər Nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni vəzifəyə təyinat alıb.
Minval.info xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
Xəbəri Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər.
Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir.
Xatırladaq ki, Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!