11.09.2026 - 18:46
Maqazin 20 baxış

Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi

Geely markasının 40 illik yubileyi Azərbaycanda xüsusi avtomobil yürüşü və yeni Geely Monjaro PHEV modelinin təqdimatı ilə qeyd edildi. Tədbir, Bakıdan başlayaraq Şamaxıdakı Abqora kompleksinə qədər davam edən xüsusi Geely yürüşü ilə başladı. Yürüş iştirakçıları gün ərzində müxtəlif proqramlar, ekskursiyalar və interaktiv oyunlarda iştirak etdilər.

Minval.info xəbər verir ki, tədbir çərçivəsində təşkil olunan xüsusi viktorinanın qalibləri dəyərli hədiyyələrlə mükafatlandırıldı. Qaliblərə iki nəfərlik 3 günlük Pekin səyahəti, yeni Monjaro PHEV alışına 5% endirim və iki dəfə ödənişsiz yağdəyişmə təqdim olundu. Günün əsas hadisəsi isə Geely-nin Azərbaycandakı model sırasına qoşulan yeni Monjaro PHEV-in rəsmi təqdimatı oldu.

Monjaro PHEV, 415 at gücü və 1100 km ümumi yürüş məsafəsi ilə performans, komfort və müasir texnologiyaları bir araya gətirir. 1,5 litrlik turbo mühərrik və elektrik mühərriklərindən ibarət hibrid güc sistemi ilə təchiz olunan model, 0-dan 100 km/saata cəmi 5,83 saniyəyə sürətlənir. 29,8 kVt·saatlıq batareya avtomobilə yalnız elektrik enerjisi ilə 130 km, hibrid sistemlə isə ümumilikdə 1100 km yürüş imkanı verir.

Avropa standartlarına uyğun CCS2 şarj portu ilə təchiz olunan model, 78 kVt-a qədər sürətli şarjı dəstəkləyir. Təhlükəsizlik və ağıllı sürücü köməkçiləri ilə təchiz olunan Monjaro PHEV, müxtəlif yol və sürüş şəraitinə uyğun 6 sürüş rejimi təklif edir. Adaptiv kruiz-kontrol, avtomatik təcili əyləcləmə, zolaqda saxlama və zolaq dəyişmə assistentləri, kor zonalara nəzarət və toqquşma xəbərdarlığı sistemləri sürücünün gündəlik istifadədə təhlükəsizliyini və rahatlığını artırır.

Monjaro PHEV-in interyerində 15,4 düymlük mərkəzi multimedia ekranı, 12,3 düymlük rəqəmsal cihazlar paneli və 25,6 düymlük Head-Up Display yer alır. Ön oturacaqlarda isitmə, ventilyasiya və masaj, arxa oturacaqlarda isitmə funksiyası mövcuddur. İkizonalı klimat-kontrol, 256 rəngli ambient işıqlandırma və 16 dinamikli Flyme Sound premium audiosistemi salondakı komfortu tamamlayır.

Yeni Geely Monjaro PHEV 59 900 AZN qiymətinə təklif olunur və avtomobilə 6 il və ya 150 000 km, yüksək gərginlikli batareyaya isə 8 il və ya 150 000 km rəsmi zəmanət verilir. Yeni Monjaro PHEV artıq Geely Bakı Mərkəzində təqdim olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: