Bayılda son durum - "Gecə vaxtı alt paltarı ilə çölə çıxdıq" - FOTOLAR

“Gecə vaxtı alt paltarı ilə çölə çıxdıq”
Məlum olduğu kimi, Bayıl yamacında sürüşmə aktivləşib. Bu səbəbdən hazırda Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə ərazisinə yaxın məsafədə yerləşən evlərdə yaşayan sakinləri köçürürlər.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürüşmənin aktiv olduğu zonaya gedərək sakinlərlə görüşüblər.
“Camaatla söhbət aparılıb və onlara müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçmələri təklif olunub. Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Təxminən 100-dən çox evin sakini köçürülüb”, – deyə İ.Kərimov bildirib.
Hazırda Minval.İnfo-nun əməkdaşı Fərid Özay hadisə yerindədir. Əməkdaşımızın verdiyi məlumata görə, ailələrin böyük hissəsi qohumların evində məskunlaşıblar. Amma kişilər evlərini tərk etməyiblər. Onlar ərazidə dolaşır, məlumat almağa, işin sonunu öyrənməyə çalışırlar.
Sakinlərin evlərinə gedən kommunal xətlər kəsilib. Rəsmi qurumlar bunu təhlükəsizlik məqsədi ilə etdiklərini desələr də, sakinlər onların evlərindən tez çıxması üçün bunu etdiklərini deyirlər: “Qazı kəsiblər. Qadınları, uşaqları qohumlara aparmışıq, özümüz isə burdayıq. Gecə qəfil gəlib dedilər, küçəyə alt paltarı ilə çıxan var idi”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İcra hakimiyyətlərinin ləğvi zərurəti - konstitusiyaya dəyişiklik olmalıdır
Qəbirstanlığa atılan dörd günlük körpə ilə bağlı yeni xəbər
“2015- ci ildən ticarət mərkəzinə xəbərdarlıq etsək də...” - Nazir
Kərəm Həsənov və Zahid İsayev də vəzifəsini itirdi
İlham Əliyev və Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər
Rza Zərrab davasında 3 azərbaycanlı iş adamının adı var - sensasion iddialar










