Gecə klubunda qanlı dava: Təqsirləndirilən şəxsin şok ifadələri ortaya çıxdı
Bakıdakı gecə klubunun qarşısında baş verən qətl hadisəsi ilə əlaqədar məhkəmə prosesi davam edir. Təqsirləndirilən H.M.-nin cinayət işi üzrə növbəti iclas keçirilib.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun rəhbərliyi altında keçirilən iclasda H.M.-nin ifadəsi dinlənilib. Təqsirləndirilən şəxs uzun müddət idmanla məşğul olduğunu və mühafizəçi işlədiyini qeyd edib.
H.M. hadisənin baş verdiyi gün, dekabrın 31-də, gecə saatlarında işlədiyi yerdə xidmət apardığını bildirib. O, qardaşı ilə görüşmək üçün çölə çıxdığını və bu zaman obyektin qarşısında bir dava olduğunu gördüyünü deyib. Dava zamanı Elvin adlı şəxsin bir xanımı vurduğunu öyrənib və onu sakitləşdirməyə çalışıb.
Təqsirləndirilən şəxs, Elvinin onu hədələdiyini və özünü qorumaq məqsədilə mətbəxdən bıçaq götürdüyünü bildirib. Daha sonra Elvin və dostlarının ona hücum etdiyini, burnunun qanadığını və dişlərinin sındığını qeyd edib. Elvinin bıçaqla ona hücum etdiyini və özünü itirdiyini, hadisənin necə baş verdiyini xatırlamadığını əlavə edib.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi R.T. də ifadə verərək hadisənin Yeni il gecəsi baş verdiyini təsdiqləyib. O, Elvinin anası və bacısı ilə bayramlaşdıqdan sonra dostları ilə görüşmək üçün evdən çıxdığını və gecə saatlarında onun ölüm xəbərini aldığını bildirib. R.T., hadisəni qarşılıqlı xuliqanlıq kimi qiymətləndirərək, Elvinin dostu Ülvini davanın qarşısını ala biləcəyi üçün qınayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı