Gəncəli babanın 100 illik həyat hekayəsi
Yardımlı rayonunun Alar kəndində dünyaya gələn Gəncəli Qulu oğlu Mirzəyev 100 yaşını qeyd edir. 1926-cı ildə anadan olan Gəncəli Mirzəyevin həyat yolu Azərbaycanın kənd həyatının bir əsrlik dövrünü əhatə edir.
Minval.info xəbər verir ki, tanınmış pedaqoq Aydın Əbilovun Gəncəli baba ilə bağlı yazısında onun həyatının maraqlı məqamları əks olunub. Gəncəli Mirzəyevin uşaqlıq və gənclik illəri Yardımlının dağ kəndlərindən olan Alarda keçib. O dövr at belində, dağların, meşələrin və bulaqların qoynunda, ağır kənd zəhməti ilə ötüb. Müasir yolların və nəqliyyat vasitələrinin olmadığı həmin illərdə at kənd insanının əsas yol yoldaşı olub.
1950-ci illərdə Gəncəli Mirzəyev ailəsi ilə birlikdə Yardımlıdan Biləsuvara köçüb. Dağların qoynunda başlayan həyatının növbəti mərhələsi Muğan düzündə davam edib. Doğma Alardan uzaq düşsə də, kənddən gətirdiyi həyat tərzini, zəhmətsevərliyi və el-oba dəyərlərini qoruyub saxlayıb.
Gəncəli baba 10 övlad böyüdüb boya-başa çatdırıb. Bu gün onun 45 nəvəsi, bir o qədər nəticəsi və 2 kötücəsi var. Beləcə, vaxtilə qurduğu ailə ocağı bu gün böyük bir nəslin davam etdiyi ünvana çevrilib.
Gəncəli Mirzəyevin həyat hekayəsi həm də son 100 ildə kənd insanının həyatında baş verən böyük dəyişikliklərin canlı şahidliyidir. O, atın əsas nəqliyyat vasitəsi olduğu, dağ kəndlərinin xarici dünya ilə əlaqəsinin çətin qurulduğu bir dövrdə dünyaya gəlib. Bu gün isə texnologiyanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir zamanda yaşayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib