Gəncədə hərbi yürüş keçirilib

Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.
“MİNVAL.İNFO”un Qərb Mərkəzinin məlumatına görə, Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Gəncənin mərkəzi küçəsində (Heydər Əliyev meydanı) “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.
Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və şəhər sakinləri iştirak edirlər.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi