Gəncədə antisanitar kvas istehsalına qadağa qoyuldu
Gəncə şəhərində alkoqolsuz içki olan kvasın istehsalı ilə məşğul olan bir müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yayılan məlumata görə, müəssisədə aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə fəaliyyət göstərildiyi aşkarlanıb. Sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, butulkaların yuyulması üçün müvafiq avadanlıqların olmadığı, köhnə və çirkli plastik butulkalarda məhsulun qablaşdırıldığı müəyyən edilib.
Minval.info xəbər verir ki, müəssisədə işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar da aşkar edilib. Nümunələr götürülərək laborator müayinələrə göndərilib və faktla bağlı inzibati protokol tərtib edilib. Məhsullar dövriyyədən çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib