Gədəbəydən Sumqayıta kartof gətirdi, peşman oldu - VİDEO
Sumqayıtda yük maşınından xeyli miqdarda kartof oğurlanıb.
Minval.İnfo bildirir ki, hadisə ötən gün gecə saatlarında şəhərin 9-cu mikrorayon ərazisində baş verib.
Gədəbəy rayon sakini Hörmət Hüseynov satış məqsədi ilə Sumqayıta gətirdiyi 1400 kq. kartof ötən gecə naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanıb. Zərərçəkmiş bildirir ki, öz həyətinin məhsulunu bir günə sata bilməyib.Yük maşınını keçmiş “Şərq bazarı” adlanan ərazidə saxlayıb və evə gedib. Səhər qayıdanda isə gözlərinə inanmayıb.
Hörmət Hüseynov ona ümumilikdə 1000 manatdan çox maddi ziyan vurulduğunu deyir. Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə isə silsilə oğurluq edən 2 nəfər saxlanılıb. Şəhər sakini Ellada Kərimli polis şöbəsinə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxanadan televizorun oğurlanması barədə məlumat verib. Mingəçevir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanılaraq istintaqa təhvil verilib. Onların ətrafında aparılan araşdırmalar zamanı törədikləri başqa cinayət əməllərinin də üstü açılıb.
Saxlanılan şəxslər oğurladıqları əşyaların bir qismini satmağa nail olsalar da, avadanlıqların bir neçəsi maddi sübut kimi götürülüb. Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib