Füzuliyə uçun ilk təyyarənin kapitanından açıqlama
“Bu gün bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm”.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Füzuli Beynəlxalq Hava Limanına uçuş icra edən “Boeing 747-400” tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov deyib.
“Uzun illərdən sonra biz Qarabağ səmasında sərbəst uçuşları yerinə yetirməyə başladıq və hər zaman da yetirəcəyik”- deyə pilot bildirib.
O söyləyib ki, hava limanında uçuş sxemi Füzuli aeroportuna çox əlverişli və rahatdır: “Eyni zamanda uçuş zolağı pilot üçün çox rahatdır. Uçuş zolağının kifayət qədər böyük olan eni və uzunu imkan verir ki, hava limanı çox rahat şəkildə nəhəng təyyarələri qəbul edə və yola sala bilsin”.
Füzuli Beynəlxalq Hava Limanının avadanlığı beynəlxalq standartlara uyğundur. Əminəm ki, yaxın zaman ərzində Qarabağ ərazisində daha bir aerodromlara uçuşlara başlayacağıq” – o əlavə edib.
İlkin Muradov
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!