Füzulidə əməliyyat keçirildi: çox sayda saxlanılan var - FOTO
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq nəzarət postlarından kənar yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətiriliblər.
Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib.
Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub
Prezident yeni icra başçılarını qəbul edib
Ruslan Əliyev: “Azəriqaz”ın Xankəndində abonenti yoxdur"
İntihar edən xüsusi təyinatlı zabitimizlə bağlı RƏSMİ MƏLUMAT
Rasim Məmmədov saxlanıldı - DTX əməliyyat keçirdi
