02.09.2018 - 10:49
İdman 18 baxış

Futbolçunu oyun zamanı ildırım vurdu

Almaniyanın Nider-Vizen şəhərinin futbol komandasının qolkiperini matç zamanı ildırım vurub.

Oxu.Az “Bild”ə istinadla xəbər verir ki, hadisə oyunun bitməsinə 10 dəqiqə qalmış baş verib.

Futbolçu xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə rəğmən, qapıçının həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanığ xəsarətlərindən dünyasını dəyişib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: