"Futbolçularımızı üç dəfə tərifləyəndə, 4-cü gün qəlyanxanada..." - PFL rəhbəri
Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün püşkatma mərasimi keçirilib.
Püşkatma mərasimindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mətbuat konfransı keçirilib. Musayev jurnalistlərin suallarını cavablayıb.
O “8 komanda var, artıq iki komanda – “Səbail” və “Qəbələ” əvvəlki gücündə olmayacaq. PFL prezidenti kimi bundan narahat olmursuz?” sualına belə cavab verib:
“Hər yerdə güclü və zəif tərəflər var. Elə komandalar da var ki, deyir əsas odur çempionatda qalım. Narahatlığa əsas yoxdur. İnanıram ki, öz yerli futbolçularımız daha çox canfəşanlıq edəcək. Bizim futbolçularda arxayınlıq yaranır, üç dəfə tərifləyəndə, 4-cü gün qəlyanxanada görəcəksən. Bu klubların zəifləyəcəyini düşünmürəm. “Səbail” haqqında deyilənlərin əksəriyyəti doğru deyil, sadəcə məvaciblər gecikir. Rəhbərlik də deyir ki, gözləyə bilmirsizsə, gedə bilərsiz. Ümid edirəm ki, yaxşı olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi