Futbol matçı faciəyə çevrildi: "Sumqayıt" kapitanı özünə xəsarət yetirdi
“Sumqayıt” Futbol Klubunun kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirərək xəstəxanaya yerləşdirilib. Hadisə Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə qarşılaşma zamanı baş verib.
Minval.info xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi matçda qırmızı vərəqə aldı və əsəblərini cilovlaya bilməyərək stadionun qapısına yumruq vurdu. Bu zaman qapıdan qopan şüşələr onun ayağına düşərək ciddi zədə yaratdı.
Hazırda xəstəxanada olan Abdullazadə bu gün əməliyyat olunacaq. Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bildirib ki, futbolçunun ayağında kəsiklər var, lakin karyerası üçün təhlükə yoxdur. Həkimlər əməliyyatdan sonra onun nə zaman meydanlara qayıda biləcəyini dəqiqləşdirəcəklər.
Qeyd edək ki, Abdullazadə “Neftçi” ilə matçın 74-cü dəqiqəsində rəqib oyunçu Breno Almeydaya qarşı etdiyi hərəkətə görə meydandan qovulmuşdu. Komandası isə oyunu 1:3 hesabı ilə uduzmuşdu.
“Sumqayıt” Futbol Klubu əməliyyatın uğurla başa çatdığını və futbolçunun təxminən 5 ay sonra meydanlara dönə biləcəyini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib