FTB niyə 8 avqustda Trampın evində axtarış apardı?
Federal prokurorların ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində axtarış aparması onun tərəfdarlarına güclü təsir edib.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Yazıda Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında aparılan axtarışdan sonra onun müttəfiqləri arasında bir çox fərziyyə və sui-qəd nəzəriyyələrinin irəli sürüldüyü qeyd olunur. Bir çoxları üçün axtarışın keçmiş prezident Riçard Niksonun 1974-cü ildə hakimiyyətdən getdiyi gün aparılması da təsadüf deyil.
“Söhbət dərin dövlətdən gedirsə, heç bir təsadüf ola bilməz. Onlar bu basqını bir neçə gün əvvəl və ya sabah həyata keçirə bilərdilər, lakin məhz avqustun 8-ni seçdilər”, – deyə Tramp administrasiyasında Maliyyə Nazirliyində (Xəzinə Departamenti) yüksək vəzifədə çalışmış Monika Krouli bildirib.
“Bu axtarışın bir korrupsiya hadisəsi olduğu fikri ilə hamımız razıyıq. Bir çox insanlar bunun bir oyun olduğu, həmçinin prezidentə, respublikaçılara ara seçkilərdə zərər vermək üçün həyata keçirildiyi fikrini bölüşür”, – deyə Donald Trampın yaxın adamı Maykl Kaputo mətbuata danışıb.
Trampın tərəfdarları hətta axtarış zamanı sübutların FTB tərəfindən yerləşdirildiyini deyirlər. Tramp bu iddiasını sosial mediada səsləndirib və senator Rend Paul, həmçinin “Fox News” aparıcıları və Trampın vəkilləri də həmin fikri dəstəkləyiblər.
“Fox News”a danışan Donald Trampın vəkili Alina Habba bununla bağlı federal hökumətə inanmadıqlarını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var