Fransızlar Albaniya yerinə Andorranın himnini səsləndirdilər - VİDEO
Avropa çempionatının seçmə oyunları çərçivəsində keçirilən Fransa-Albaniya oyununda təşkilatçılar iki kobud səhvə yol veriblər.
“Stad de Frans”dakı oyundan əvvəl fransızlar səhvən Albaniya əvəzinə Andorranın himnini səsləndiriblər. Ev sahibləri səhvi düzəltmək istəyərkən, stadiondakı diktor ikinci dəfə ölkənin adını qarışdıraraq, Ermənistandan üzr istəyib.
Albaniya təmsilçiləri yanlışığın aradan qaldırılmasında israr edib və bildiriblər ki, əks halda oyunun başlanmasına imkan verməyəcəklər. Fransanın baş məşqçisi Didye Deşam və görüşün hakimi Xil Monsano qonaqlardan üzr istəyib.
Albaniyalı oyunçular da insidenti çaşqınlıqla qarşılayıblar.
Altı dəqiqədən sonra stadionda Albaniyanın himni səslənib və oyun başlayıb.
Oyun 4:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.
https://www.youtube.com/watch?v=5PaiVfURRrk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Salah yeni müqavilə imzaladı
Futbol meydançasında ölən oyunçular – FOTOLAR
"Düdelanj" "Qarabağ"dan belə üzr istədi – FOTO
“Hər şey bir qırağa, kişiyik...”
“Poz-Qazan” oyunlarında iyulda 11 böyük uduş qazanılıb
Antuan Qrizmannın "Barselona"ya keçidi ilə bağlı araşdırma başlayıb
"Qalatasaray" azarkeşləri Fatih Terimi istefaya çağırıb