Fransada güllələnən kriminal avtoritet Rahim Namazov danışdı: "Qorxuram..."
Fransada həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rahim Namazov (ləqəbi “Şəkinski”) sağalıb və özünü yaxşı hiss edir.
Virtualaz.org “İpəkçi” qəzetinə istinadən xəbər verir ki, Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla birlikdə, o, kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.
Xatırladaq ki, Rahim Namazovun və həyat yoldaşının olduğu “Audi” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından qadın dünyasını dəyişib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Rahim Tofiq oğlu Namazov 2010-cu ildə Fransaya köçüb. Bu yaxınlarda internetdə yayılmış videoyazıda Rahim Namazov kriminal avtoritet Nadir Səlifovu (Lotu Quli) təhqir edib.
Fransa KİV-lərinə danışan Rahim Namazov deyib ki, hadisədən sonra onun başsız qalan 3 uşağını sığınacağa yerləşdiriblər. Onun evinin qarşısında gecə-gündüz polis növbə çəkir. Silahlı hücum zamanı başından aldığı güllə yaralarından ölən arvadı Aidanın meyiti isə hələ morqdadır, dəfn olunmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda