Fransa səfiri: "Azərbaycanda turizm sektorunun inkişafına töhfə vermək istəyirik"

“Azərbaycanda turizm sektorunun inkişafına töhfə vermək istəyirik”.
“Report” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Bakıda “Fransanın dadı” (Goût de France) qastronomiya festivalının açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.
“Xoşbəxtəm ki, Azərbaycanda belə bir tədbir keçirilir. Məqsədimiz Azərbaycan xalqını Fransanın zəngin mətbəxi ilə tanış etməkdir. Bu gün biz Azərbaycanın turizm sektorunda dinamik artım müşahidə edirik. Biz də bu inkişafa “Goût de France” festivalı ilə töhvə verməyi qərara aldıq. Belə ki, ölkə mətbəxinin müxtəlifliyi turistləri ölkəyə cəlb edən meyarlardan biridir”, – diplomat bildirib.
A.Buşez söyləyib ki, Fransada qastronomiyanın müxtəlifliyi turizm sektorunun inkişafına böyük təsir göstərir və ölkə ÜDM-nin 7% -ni təşkil edir.
Səfir əlavə edib ki, festival üçün yeməklərin hazırlanmasında yerli məhsullara üstünlük veriləcək, çünki Azərbaycan məhsulları yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və əlverişlidir.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Xatırladaq ki, martın 1-dən 16-dək Bakının bir sıra restoranlarında “Fransanın dadı” (Goût de France) qastronomiya festivalı keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər