Fransa: Rus muzdlular gəlsə, bu ölkədən çıxacağıq

Əgər Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları Malidə işləməyə başlasa, Paris buradan öz hərbçilərini çıxaracaq.
Minval.info xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan İv Lö Drian deyib. Onun sözlərinə görə, Mali hökumət ilə “Vaqner” şirkəti arasında mümkün razılaşma Fransanın Malidəki hərbi mövcudluğuna ziddir.
Fransanın müdafiə naziri Florans Parli də oxşar bəyanatla çıxış edib. O, Malidə muzdluların mövcudluğunun həddən artıq ziddiyətli olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Fransa mətbuatı Mali hökumətinin “Vaqner”lə razılaşma imzalamağa hazırlaşdığı haqqında məlumat yaymışdı. Muzdluların Mali ordusunun hazırlığı ilə məşğul olacağı və hökumət adamlarının təhlükəsizliyini təmin edəcəyi bildirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi