“Əfqanıstanda jurnalistlərə görə məsuliyyət “Taliban”ın üzərinə düşür” - BMT

“Kabildəki həmkarlarım Əfqanıstanda fəaliyyət göstərən, müxtəlif ölkələrdən olan jurnalistlərlə əlaqədədirlər, onlara lazım olan bütün humanitar dəstək verilir”.
Minval.info report-a istinadən bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi mətbuat konfransında deyib.
“Jurnalistlər istənilən cəmiyyətdə əvəzsiz xidmət göstərir. Xüsusilə Əfqanıstanda qadın jurnalistlərin öz işlərini qorxusuz icra etməsinin məsuliyyəti “Taliban”ın üzərinə düşür”, – o bildirib.
Qeyd edək ki, “Taliban” hərəkatının sözçüsü bir neçə gün əvvəl jurnalistlərin bölgədə fəaliyyəti üçün heç bir maneənin olmadığını bildirib. Beynəlxalq Jurnalistlər Federasiyasının yaydığı məlumata görə, dünyanın qabaqcıl media qurumlarında çalışan yüzlərlə KİV nümayəndəsi Əfqanıstanda akkreditə olmaq üçün müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi