Fövqəladə rejimdə işləyən "Azərişıq" abonenti işıqsız qoydu: Coratda qəribə hadisə - FOTOLAR

“Azərişıq” sayğaclarının əvəz edilməsi üzrə normal prosedurun olmaması və ilkin xəbərdarlıq olmadan abonentin elektrik enerjisinin kəsilməsi hallarına rast gəlinir.
Bu məsələ ilə bağlı Cebhe.info-ya Sumqayıt şəhəri, Corat qəsəbə sakini Emin İbrahimov tərəfindən şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, “Azərişıq” əməkdaşları abonentə məxsus sayğaca yenisi ilə əvəzləmək üçün xəbərdarlıq etmədən müdaxilə edib. Yəni, smart kart sisteminə keçidlə bağlı yeni sayğacın quraşdırılması nəzərdə tutulub. Abonent isə evdə olmayıb. Qurum əməkdaşları köhnə sayğacı söküb, yeni, kart sistemi ilə çalışan sayğacla əvəzləyiblər.
Həmçinin, elektrik naqilini sayğacdan ayırıblar. Amma yeni sayğac qoyulduqdan sonra aktivləşdirilməyib. Yəni, işi yarımçıq qoyan ” Azərişıq” əməkdaşları ünvanı tərk edib. Nəticədə abonent işıqsız qalıb və hələ də bu problemlə üz-üzədir.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, elektrik enerjisinin xəbərdarlıq edilmədən kəsilməsi qadağandır.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!