Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.İnfo-ya verilən məlumata görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.
Aprelin 27-də də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.
Aprelin 28-də yağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14, gündüz 19-23, axşam 16 dərəcə isti olacağı gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?